İsveçrə tennisçisi ilə fəxr edən prezident

İsveçrə tennisçisi ilə fəxr edən prezident



FİFA-nın prezidenti Yozef Blatter həmvətəni, məşhur tennisçi Stanislav Vavrinkanı "Australian Open” turnirində qələbəsi münasibətilə təbrik edib. Blatter öz twitter səhifəsində yazıb: ""Böyük Dəbilqə” seriyasından ilk titul alması münasibətilə Stanislav Vavrinkanı təbrik edirəm. Stanislav, sən bu gün İsveçrəni çox xoşbəxt etdin”.
Xatırladaq ki, Stanislav Vavrinka yanvarın 26-da "Australian Open” turnirinin final görüşündə İspaniya tennisçisi Rafael Nadalı 6:3, 6:2, 3:6, 6:3 hesabı ilə mübarizədən kənarlaşdırıb.