Formula 1 üzrə «Ferrari» komandası bu həftəsonu mayın 2-dən 4-dək keçiriləcək Mayami Qran Prisi üçün sürücülərin kostyumlarını nümayiş etdirib. Kombinezonlar ağ və mavi rənglərdə hazırlanıb. Komanda ənənəvi qırmızı rəngə məhəl qoymayıblar.
Xatırladaq ki, «Ferrari»nin Mayamidəki mərhələdən sonra növbəti yarışda böyük yeniləmələr paketini təqdim etməyi planlaşdırır.