Məşhur müğənni Elvis Preslinin sifarişi ilə 1970-ci il istehsalı olan "Cadillac Eldorado"əsasında hazırlanmış 12 metrlik gitara formalı avtomobil eBay-də hərraca çıxarılıb.
Olimpnews.az xəbər verir ki, hazırda Fransada olan "gitara avtomobili" filmlər üçün qeyri-adi avtomobillər yaratmaqla tanınan mühəndis Cey Ohrberg tərəfindən hazırlanıb. Avtomobilin kapotunun altında standart 8,2 litrlik V8 mühərriki yerələşdirib. Hərrac mayın 3-nə qədər davam edəcək. Avtomobilin hərracda başlanğıc qiyməti 10 min avrodan başlayır.