Sürət həddi aşağı endiriləcək

Sürət həddi aşağı endiriləcək

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2025-ci il mövsümündə bir sıra yarışlarda pit-leyn sürət həddini artıracaq. 
Olimpnews.az xəbər verir ki, FIA Sinqapur və Niderland traslarında 60 km/saat sürət həddinin aradan qaldırılması ideyasını dəstəkləyib. Bu qərardan sonra Sinqapurda pit-stop vaxtı 29 saniyədən aşağı enəcək. Bildirilir ki, bu qərardan sonra Formula 1-in idman reqlamentində hər hansı dəyişiklik olmayacaq. Çünki belə traslarda pit-leyn sürət həddi hakimlərin qeydlərində xüsusilə olaraq öz əksini tapıb.