Canelo yenidən zirvədə

Canelo yenidən zirvədə

Meksikalı peşəkar boksçu Saul Alvares 76,2 kq çəki dərəcəsində mütləq dünya çempionu titulunu yenidən əldə edib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan 12 raundluq qarşılaşmada Alvares kubalı rəqibi Uilyam Skulla qarşı rinqə çıxıb. Döyüşün sonunda hakimlərin yekdil qərarı ilə qalib elan edilən meksikalı ulduz dörd qurum üzrə dünya çempionu titulunu əlində cəmləşdirib.

Canelo ləqəbi ilə tanınan 34 yaşlı boksçu Dünya Boks Şurası (WBC), Dünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) kəmərlərini müdafiə etməyi bacarıb. Eyni zamanda o, Beynəlxalq Boks Federasiyasına (IBF) məxsus titulu da Uilyam Skulldan alaraq mütləq çempion statusunu bərpa edib.

Qeyd edək ki, Alvares bu nəticə ilə WBC və WBA çempionluğunu səkkizinci, WBO titulunu isə altıncı dəfə qorumuş olub.