Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr müəyyənləşdi

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr müəyyənləşdi

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub.

Yarışda 18 ölkə mübarizə aparacaq.

Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək.