Rusiyalı tennisçi ofisiantı aldadıb

Rusiyalı tennisçi ofisiantı aldadıb



Dünyanın məşhur raket ustası Mariya Şarapova Avstraliyada kafelərin birində nahar edərkən ofisantı aldadıb. Rusiyalı tennisçi bu barədə özü danışıb: "Mən kafedə nahar edirdim. Ofisiantdan hesabı istədim. O isə bunun əvəzində gətirdiyi smartfonu mənə verərək öz şəklimi çəkməyimi xahiş etdi. Mən özümü elə göstərdim ki, guya onun xahişini yerinə yetirirəm. Əslində isə, məndən arxadkı stolda oturan tanımadığım bir kişinin şəklini çəkdim. Nə baş verdiyini anlamayan ofisiant mənə təşəkkür etdi”. 
Qeyd edək ki, rusiyalı tennisçi hazırda "Australian Open” turnirində iştirak edir.