Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə Ginnesin Rekordlar Kitabında rekord müəllifi olub.
Olimpnews.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bu münasibətlə Azərbaycan Televiziyasında tədbir keçirilib. Mərasimdə çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı “Televiziya Şahmat Klubu” verilişinin 1969-cu il 27 martdan yayımlandığını bildirib. 55 il 277 gün efirdə olan “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı Faiq Həsənov ikinci rekordun müəllifi kimi tarixə düşüb. Veriliş “Ginnes Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib.
Qeyd edək ki, Faiq Həsənov ötən ay şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rekord müəllifi olaraq xüsusi diploma layiq görülüb.
Faiq Həsənov ikinci dəfə rekord müəllifi oldu



