Dünya çempionatında 15 min azarkeşə qadağa qoyulub

Dünya çempionatında 15 min azarkeşə qadağa qoyulub

Argentina hökuməti ABŞ-ın Buenos-Ayresdəki səfirliyinə siyahı göndərib.

Olimpnews.az xəbər verir ki, siyahıda gələn ay start götürəcək klublararası dünya çempionatında matçlarda iştirakına qadağa qoyulacaq 15 min futbol azarkeşinin adları yer alıb. Bu barədə məlumatı ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç yayıb.

"Siyahıda ən çılğın və problemli azarkeşlərin adları var. Biz bunu xüsusi proqram vasitəsilə müəyyən etmişik. Hətta ölkəmizdə də həmin azarkeşlərin stadiona girişinə qadağa qoymuşuq", - deyə ESPN argentinalı azarkeşdən sitat gətirib.

Məlumat üçün bildirək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da təşkil ediləcək. 32 komandanın iştirakı ilə keçirilən çempionatda Argentinanı “Boka Xuniors” və “River Pleyt” klubları təmsil edəcək. Püşkə əsasən “Boka Xuniors” C qrupunda  “Bavariya”, “Ouklend Siti” və “Benfika” ilə yarışacaq. “River Pleyt” isə E qrupunda “Urava Red Daymonds”, “Monterrey” və “İnter”lə qarşılaşacaq.