Bu gün Formula 1-in 75 yaşı tamam olur

Bu gün Formula 1-in 75 yaşı tamam olur

13 may Formula 1 yarışları üçün yaddaqalan təqvim günü hesab olunur.

Olimpnews.az xəbər verir ki, bu gün yarışların keçirildiyi vaxtdan 75 il ötür. 1950-ci ilin bu günü çempionat tarixində ilk yarış Silverstounda təşkil edilib. Bu əlamətdar hadisə münasibətilə "Royal Races"in mətbuat xidməti təşkilatın sosial media səhifəsində bütün dünya çempionlarının yer aldığı poster yerləşdirib. "Qəhrəmanlar, əfsanələr, kumirlər. 34 çempion və geriyə sayım", - deyə posterdə bu sözlər yazılıb.