Ukraynalı Aleksandr Usik və britaniyalı Daniel Dübua arasında bir neçə ağır çəkidə çempionluq kəməri uğrunda revanş görüşünün tarixi müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, görüş iyulun 19-da Londonun "Uembli" stadionunda keçiriləcək.
Bu barədə Britaniya promouter şirkətinin mətbuat xidməti bəyanatda yayıb. “Yarımçıq qalmış iş öz həllini tapmalıdır. Bundan böyük mükafat ola bilməz”, - deyə bəyanatda qeyd olunub.
Məlumat üçün bildirək ki, Usik və Dübua arasında ilk döyüş 2023-cü ilin avqustunda təşkil edilib. Həmin vaxt döyüş 9-cu raundda ukraynalı boksçunun qələbəsi ilə başa çatıb.