“Real Madrid” klubunun daha bir üzvü zədələnərək sıradan çıxıb.
Olimpnews.az xəbər verir ki, klubun ukraynalı qapıçısı Andrey Lunin məşq zamanı sağ əlindən aldığı zədə səbəbindən bu gün keçiriləcək “Malyorka” ilə oyunu buraxacaq.
Bunun üçün məşqçilər heyəti ehtiyat qapıçı kimi “Real Madid Kastilya”dan 19 yaşlı Fran Qonzalesi əsas komandaya çağırıb.
Bununla da “Kral klubu”nda zədəli futbolçuların sayı 11-ə çatıb. Daha əvvəl isə Vinisius Junior, Rodriqo, Lukas Vaskes, Orelean Tçuameni, Antonio Rudiger, Eder Militao, Dani Karvaxal, Ferland Mendi, Eduardo Kamavinqa və David Alaba zədələnərək sıradan çıxmışdı.
Qeyd edək ki, “Real Madrid” - "Malyorka” oyunu bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
“Real”da daha bir itki- zədəlilərin sayı 11-ə çatdı
