"Fiorentina"nın ispaniyalı qapıçısı David de Xea karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Olimpnews.az Todofichajes portalına istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə İstanbulun "Fənərbağça" klubu yaxından maraqlanır. Bldirilir ki, De Xea İstanbul klubuna azad agent kimi keçə bilər. Transfer dəyəri 5 milyon avro olan qapıçı cari mövsümdə florensiyalıların heyətində 33 oyun keçirib. O, 11 oyunda 34 qol buraxıb.