Almaniyanın “Leypsiq” klubunun futbolçusu Xavi Simons yay transfer pəncərəsində klubdan ayrılmaq qərarına gəlib.
Olimpnews.az xəbər verir ki, buna səbəb klubun növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi olub. Almaniya təmsilçisi 22 yaşlı niderlandlı yarımmüdafiəçi üçün 80 milyon avro qiymət təyin edib.
Qeyd edək ki, 2023-24-cü illər mövsümündə PSJ-dən "Leipsiq"ə icarə əsasında qoşulub.
Göstərdiyi performansı ilə rəğbət qazanan futbolçu 2025-ci ilin yanvarında Fransa klubundan 50 milyon avroya transfer edilib.