Portuqaliyalı ulduz Kriştianu Ronaldonun «Əl-Nəsr»i tərk edəcəyi gözlənilir.
Olimpnews.az xəbər verir ki, mayın 26-da Səudiyyə Ərəbistanı Premyer Liqasının final mərhələsi başa çatıb. Bu turda “Əl-Nəsr” səfərdə “Əl-Fəth”ə uduzub- 2:3. Bununla da onlar çempionatı üçüncü pillədə tamamlayıblar. Matçdan sonra Ronaldo sosial şəbəkədə paylaşım edib. "Daha bir mövsüm bitdi. Tarix isə hələ yazılır. Bu vaxta qədər məni dəstəkləyənlərə təşəkkür edirəm", - deyə 40 yaşlı futbolçu vurğulayıb.