Vaqif Əliyev “Skopye-2025 yeniliklərlə yadda qalacaq”
Olimpizm xəbərləri
27.05.2025, 14:03
Avropa Gənclər Yay Olimpiya Festivalı (AGOF) 14-18 yaş arası idmançılar üçün təşkil olunan və Avropa Olimpiya Komitələri tərəfindən keçirilən ən mühüm multiidman tədbirlərindən biridir.
İlk dəfə 1991-ci ildə keçirilən bu festival, idmanın təbliği, gənc idmançıların beynəlxalq arenada təcrübə qazanması və Olimpiya dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir. İki ildən bir keçirilən bu yarışlar təkcə medallar uğrunda mübarizə deyil, həm də müxtəlif ölkələri təmsil edən gənclərin bir araya gələrək, dostluq və həmrəylik ruhunu bölüşdüyü beynəlxalq idman bayramıdır. Budəfəki - XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı 2025-ci ilin iyul ayının 20-dən 26-dək keçiriləcək. İlk dəfə olaraq yarışlar eyni anda iki ölkədə - Şimali Makedoniya və Xorvatiyada təşkil olunacaq. Festival çərçivəsində 15 idman növü üzrə minlərlə gənc idmançı bacarığını nümayiş etdirmək imkanı qazanacaq. Azərbaycan komandası da bu mötəbər yarışlara ciddi hazırlıq görür.
Yarışlara hazırlıq, komandamızın heyəti ilə bağlı Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi, Skopye-2025 AGOF-un missiya rəhbəri, Beynəlxalq Olimpiya Komitəsinin “Təhlükəsiz İdman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev Olimnews.az saytına ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan bu ilki festivalda 10 idman növündə 54 idmançı ilə təmsil olunacaq. Komandamız yarışlarda atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində mübarizə aparacaq. İdmançılarımızın əsas hissəsi Şimali Makedoniyanın Skopye və Kumanova şəhərlərində, gimnastlarımız isə Xorvatiyanın Osiek şəhərində çıxış edəcəklər.
“Əvvəlki festivallardan fərqli olaraq, Skopye-2025 bəzi yeniliklərlə yadda qalacaq. Ən mühüm yeniliklərdən biri oyunların iki müxtəlif ölkədə təşkil olunmasıdır. Digər bir yenilik isə proqramda yeni idman növlərinin - stolüstü tennis, atıcılıq və taekvondonun yer almasıdır. Ümumilikdə isə yarışlar 15 idman növünü əhatə edəcək. Azərbaycan bu nüfuzlu yarışda 10 idman növü üzrə 54 idmançı ilə təmsil olunacaq. Atletika, üzgüçülük, badminton, stolüstü tennis, taekvondo, atıcılıq və cüdo yarışları Skopye şəhərində, dağ velosipedi və şose velosipedi üzrə mübarizə Kumanova şəhərində keçiriləcək. İdman gimnastları isə Osiek şəhərində bacarıqlarını nümayiş etdirəcəklər. Festivalda ən geniş heyətlə cüdo yığmamız təmsil olunacaq - 6 oğlan, 6 qız. Atletika üzrə 9, taekvondo üzrə 8, üzgüçülük üzrə isə 5 idmançımız festivalda ölkəmizin idman şərəfini qoruyacaq. Komandamızın bayraqdarlarının adları isə yarışlara sayılı günlər qalmış açıqlanacaq. Hazırda həm Milli Olimpiya Komitəsində, həm də aidiyyəti federasiyalarda festival öncəsi hazırlıqların son mərhələsi keçirilir”, - deyə Skopye-2025-də Azərbaycan komandasının missiya rəhbəri bildirib.
“İştirakçılar ənənəvi Olimpiya kəndi əvəzinə müxtəlif yataqxanalarda yerləşdiriləcəklər”
Vaqif Əliyevin sözlərinə görə, idmançılar üçün beynəlxalq yarışlarda təcrübə toplamaq məqsədilə müxtəlif turnirlərdə iştirak təmin olunur. Həmçinin Beynəlxalq Olimpiya Komitəsinin Həmrəylik Proqramının dəstəyi və MOK-un təşkilatçılığı ilə Bakıda beş idman növü üzrə təlim-məşq toplanışları keçirilir. MOK əməkdaşları bu prosesdə idmançılarla görüşlər keçirir, onlara Oyunlar, təhlükəsizlik qaydaları və yarışlarda davranış normaları barədə məlumatlar verirlər. Müsahibimizin söhbət zamanı təşkilatçı ölkələrin festivala hazırlıq səviyyəsindən də danışıb. “Festivalın açılış və bağlanış mərasimləri Skopye şəhərindəki İdman Sarayında təşkil olunacaq. Maraqlı məqamlardan biri də odur ki, artıq üçüncü dəfədir Avropa Gənclər Yay Olimpiya Festivalının iştirakçıları ənənəvi Olimpiya kəndi əvəzinə müxtəlif yataqxanalarda yerləşdiriləcəklər. Bu tendensiya təşkilatçılıq səviyyəsinin əvvəlki illərlə müqayisədə müəyyən qədər aşağı düşdüyünü göstərir. Həmçinin təhlükəsizliklə bağlı məsələlərin zəifləməsi də narahatlıq doğuran məqamlardandır”.
MOK-un nümayəndəsi müsahibəsində yarışla bağlı proqnozlarını da açıqlayıb: “Ənənəvi olaraq, cüdo və atletika komandalarından yüksək nəticələr gözləyirik. Bundan başqa oyunların proqramına yeni daxil edilən taekvondo da medal gözləntisi olan idman növləri sırasındadır. Ümumilikdə isə yarışlarda istənilən idmançımızın fərqlənmək və medal qazanmaq potensialı var. Təbii ki, bu idman mübarizəsidir və burada hər şey ola bilər. Ümid edirəm ki, Azərbaycan milli komandasının idmançıları yarışlarda uğurla çıxış edəcək və ölkəmizə medallarla qayıdacaqlar. Komandamızın hər bir üzvünə bu gərgin mübarizədə uğurlar və yeni zəfərlər arzulayıram”.
Vaqif Əliyev festivalda iştirak edən ölkələrin nümayəndələri arasında “Gənc səfirlər” layihəsi barədə də danışıb. “Adətən Olimpiya festivallarında müxtəlif ölkələri təmsil edən “Gənc səfirlər” vasitəsi ilə idmançılar üçün dostluq, hörmət, mükəmməlik kimi Olimpiya dəyərlərinə uyğun interaktiv, maraqlı oyunlar keçirilir. Bu festivalda Azərbaycandan da gənc səfir iştirak edəcək. Ölkəmizdən bu missiyanı Milli Olimpiya Komitəsinin əməkdaşı Nərmin Kərimova yerinə yetirəcək”, - deyə Vaqif Əliyev bildirib.
Azərbaycanın gənc idmançıları qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalına böyük ruh yüksəkliyi və ciddi hazırlıqla yollanacaq. Gənc idmançılarımızın bu festivalda əldə edəcəyi təcrübə gələcəkdə böyük uğurların təməlini qoyacaq. İnanırıq ki, Azərbaycan komandası Skopyedə və Osiekdə milli ruhu, qələbə əzmini və Olimpiya dəyərlərini layiqincə təmsil edəcək, üçrəngli bayrağımızı bir daha zirvəyə ucaldacaq.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK