Zemfira Meftaxetdinova: “Hər dəfə bu sevgini hiss etdikcə, anlayıram ki, illər boyu çəkdiyim zəhmət dəyərsiz qalmayıb”
Olimpizm xəbərləri
28.05.2025, 13:20
Bu gün Azərbaycan idmanının görkəmli simalarından biri, Olimpiya çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi Zemfira Meftaxetdinovanın doğum günüdür. Tanınmış idmançı, Azərbaycan idman tarixində silinməz izlər buraxan Zemfira Meftaxetdinova 62 yaşını qeyd edir. Zemfira Meftaxetdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Atıcılıq idman növündə qazandığı böyük nailiyyətlərlə yanaşı, təşkilati və rəhbər sahələrdə də uğurla fəaliyyət göstərib. O, 2015–2023-cü illərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə rəhbərlik edib. 2021-ci ildən isə Azərbaycan Atıcılıq Federasiyasının və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. Peşəkar idman karyerası ərzində Zemfira xanım beş dəfə Avropa çempionu adını qazanıb, 1995 və 2001-ci illərdə dünya çempionatlarında birincilik əldə edib. 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında qazandığı qızıl medal isə onu Azərbaycanın qadınlar arasında ilk Olimpiya çempionu kimi tarixə yazıb. O, təkcə yarış meydanında deyil, həyat yolunda da iradəsi, əzmkarlığı və Vətənə sədaqəti ilə nümunə olub. Göstərdiyi xidmətlərə görə müxtəlif illərdə ölkə rəhbərliyi tərəfindən yüksək təltiflərə layiq görülüb. O, “Şöhrət” ordeni, “Tərəqqi” medalı, Prezidentin Fəxri Diplomu ilə təltif olunub, eyni zamanda “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. Doğum günü münasibətilə hisslərini bölüşən Zemfira Meftaxetdinova öncə xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edib: “Bu gün həm də xalqımız üçün böyük əhəmiyyət kəsb edən Müstəqillik Günüdür. Bütün Azərbaycan xalqını bu əlamətdar və qürurverici bayram münasibətilə ürəkdən təbrik edir, dövlətimizin daim azad, müstəqil və güclü olmasını arzulayıram. Qoy üçrəngli bayrağımız hər zaman ucalarda dalğalansın, müstəqilliyimiz əbədi və dönməz olsun!”
Ad günü ilə bağlı isə Zemfira Meftaxetdinova belə deyib: “Hər zaman ad günlərimi ailəmlə qeyd etmişəm. Bu il də ənənə dəyişmir - bu günü sevimli ailəmin və nəvəmin əhatəsində keçirirəm. Nəvəm bu gün dördüncü sinifi başa vurub və beşinci sinfə keçir, bu da mənim üçün ayrıca bir sevincdir. Gün boyu aldığım təbriklər, ünvanıma deyilən xoş sözlər məni olduqca duyğulandırır. Hər dəfə bu sevgini hiss etdikcə, bir daha anlayıram ki, illər boyu çəkdiyim zəhmət, etdiyim fədakarlıqlar dəyərsiz qalmayıb. Bu diqqət, bu münasibət mənim üçün ən böyük hədiyyədir. Fürsətdən istifadə edib ad günümü təbrik edən hər kəsə səmimi minnətdarlığımı bildirirəm.”
Azərbaycan idmanının canlı əfsanəsi olan Zemfira Meftaxetdinovanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ölkə idmanının inkişafında yeni-yeni uğurlar arzulayırıq.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK