Əfsanəvi boksçu Mayk Tayson üçün daha bir döyüş təklifi hazırlanıb. "Dəmir Mayk" bu dəfə Feodor Emelianenko ilə rinqdə qarşılaşa bilər. Bu döyüşü Qazaxıstanın "Alash Pride League" (APL) təşkilatı keçirmək istəyir. "Biz bu iki ulduzu döyüşdürmək istəyirik. Razılıq əldə olunsa, bütün dünyanın diqqəti dekabr ayında bu mübarizəyə yönələcək", - deyə "talkSport" APL prezidenti Alimjan Bektayevdən sitat gətirib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Tayson bloqqer Ceyk Paula uduzaraq, 20 milyon dollar qazanmışdı. 48 yaşlı Emelianenko isə yenidən rinqə qayıtmaq istəyir. MMA əfsanəsi Tayson və ya Roy Consla döyüşmək arzusundadır.