Səudiyyə Ərəbistanı dövləti Kriştianu Ronaldunun karyerasını ölkədə davam etdirməyi üçün çalışır
Olimpnews.az Offsideplus.az-a istinadən xəbər verir ki, "Marca" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı ulduzun gələcək karyerası artıq dövlət və hökumət məsələsinə çevirilib. Ərəblər futbol əfsanəsinin Səudiyyə Ərəbistanında qalmasına çalışır.
Belə ki, Dövlət İnvestisiya Fondu 40 yaşlı hücumçunu ölkədə qalmağa razı salmaq üçün səy göstərir. Fond Kriştianu Ronalduya "Əl Hilal" və ya "Əl Əhli"yə transfer təklifləri irəli sürür.
Qeyd edək ki, Ronaldunun müqaviləsinin müddətinin bitməsi ilə "Əl Nəsr"dən ayrılması gözlənilir.