Rodriqo qərarını dəyişdi

Rodriqo qərarını dəyişdi

Madrid "Real"nın futbolçusu Rodriqo gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, mövsümün sonlarına yaxın klubdan ayrılmaq istədiyini deyən brazilyalı hücumçu fikrindən daşınıb. 
24 yaşlı forvard rəhbərliyə klubda qalmaq istədiyini bildirib.Klub rəhbərliyi isə "sambaçı"ya özünü doğrultmaq üçün şans verməyi düşünür. Madridlilər bunun üçün Rodriqonu Klublararası Dünya Çempionatında sinamağı və özünü yaxşı tərəfdən gostərmiyi futbolçudan tələb edib.