"Yuventus"un sabiq müdafiəçisi Corcio Kyellini yenidən doğma klubuna qayıdıb.
Olimpnews.az xəbər verir ki,Turin klubunun mətbuat xidmətinin verdiyi məlumata görə o, klubun futbol strategiyası üzrə direktor vəzifəsinə təyin olunub. Bildirilir ki, Kyellini yeni vəzifəsində birbaşa olaraq "Yuve"nin baş meneceri olacaq Damien Komolliyə hesabat verəcək. Fransalı mütəxəssis buna qədər "Arsenal", "Tottenhem", "Liverpul" və "Fənərbaxça"da işi ilə tanınır. Damien Komolli bu yaxınlarda «Tuluza»nı Liqa 1-ə qaytarıb, Fransa Kubokunu qazanıb. Avropa çempionu olan Kyellini 2005-2022-ci illərdə «Qoca Siynora»da çıxış edib.