Yamalın "Qızıl top" şansı yoxdur

Yamalın "Qızıl top" şansı yoxdur

"Barselona"nın cinah hücumçusu Lamin Yamal artıq "Qızıl top" mükafatçıları arasında favoritlər sırasında öz yerini itirib.

Olimpnews.az xəbər verir ki, Çempionlar Liqasının finalında PSJ-nin "İnter"lə görüşdə böyükhesablı qalibiyyətindən (5:0) sonra Osman Dembele liderliyi ələ keçirib - 66 faiz. "Actu Foot" sayıtnın məlumatına görə Yamalın şansı 27 faizə enib. Onun komanda yoldaşı Rafinha Diasın şansı isə yalnız cəmi 9 faizdir. "Liverpool"un misirli futbolçusu Məhəmməd Salah, Kilian Mbappe (“Real”), Xviça Kvaratsxeliya (PSJ) və Lautaro Martines (“İnter”) sonrakı pillərdə qərarlaşıb.