“Zadəganlar” "rossonerilər"lə danışıqlara başlayıb

“Zadəganlar” "rossonerilər"lə danışıqlara başlayıb

Londonun "Çelsi" klubu "Milan"la danışıqlara başlayıb. “Zadəganlar” Fransa millisinin 29 yaşlı qapıçısı Mik Menyanın transferi üçün "rossonerilər"dən razılıq əldə etmək istəyirlər.  Məlumatı jurnalist Fabrizio Romano X sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, fransalı qapıçının "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Transfermarkt portalında Menyanın transfer qiyməti 25 milyon avrodur.