İspaniyanın “Barselona” klubu UEFA-nın maliyyə fair-pleyini pozduğuna görə cəzalandırıla bilər.
Olimpnews.az “The Times” qəzetinə istinadən xəbər verir ki, katalonlar ikinci ildir ki, UEFA-nın maliyyə qaydalarını pozur. 2023-24 mövsümünün monitorinqi zamanı klub oxşar qayda pozuntusuna yol verdiyinə görə, müxtəlif sanksiyalara məruz qala bilər. Belə ki, qayda pozuntusu sübuta yetiriləcəyi təqdirdə, klub üçün Çempionlar Liqası oyunlarına təqdim olunacaq oyunçuların qeydiyyatına məhdudiyyət qoyula və ya komandanın xalları silinə bilər.
Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Aston Villa” klubları da maliyyə fair-pleyini pozduğuna görə cəzalandırılması gözlənilir.
"Barselona" maliyyə fair-pleyini pozduğuna görə cəzalandırıla bilər
