Universitet imtahanlarına hazırlaşan "Barselona"nın ispaniyalı mərkəz müdafiəçisi Pau Kubarsi Fransa millisi ilə Millətlər Liqasının yarımfinal görüşü üçün heyətə cəlb olunub. Mundo Deportivonun məlumatına görə, Kubarsi iyunun 11-dən 13-dək keçiriləcək ali məktəbə qəbul imtahanlarına hazırlaşır. Məktəb imtahanlarını uğurla verən Kubarsi məşqlərlə yanaşı imtahana da diqqət yetirir.
Xatırladaq ki, İspaniya-Fransa millisi arasında matç sabah Ştutqartda keçiriləcək. Görüş Bakı vaxtilə saat 23:00-da başlayacaq.