İngiltərənin "Mançester Siti" klubu yay transfer pəncərəsində növbəti transferini rəsmiləşdirməyə yaxındır.
Olimpnews.az xəbər verir ki, "şəhərlilər" "Vulverhempton"nun 23 yaşlı sol cinah müdafiəçisi Rayan Ait-Nuri ilə şəxsi razılıq əldə edib. Mançester təmsilçisi transfer üçün qarşı tərəfə 50 milyon avroya ödəyəcək.
Qeyd edək ki, "Mançester Siti" həmçinin İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Ticani Reiyndersin transferini də tamamlamaq üzrədir.
"Mançester Siti" daha bir futbolçu ilə razılığa gəldi
