İspaniyalı mütəxəssis Fransesk Fabreqasın "İnter"ə keçidi baş tutmaya bilər.
Olimpnews.az xəbər verir ki, buna səbəb İtaliyanın "Komo" klubun keçidə icazə verməməsi olub. Baş məşqçi ilə "İnter" klubu razılığa gəlsə də "Komo" klubunun rəhbərliyi 38 yaşlı çalışdırıcının komandanı tərk etməsini istəmir.
Qeyd edək ki, Milan təmsilçisi alternativ variant kimi Çivu və Viera variantlarını da nəzərdən keçirir.
"Komo" Fabreqası buraxmır
