Bu mövsüm "Qalatasaray"ın heyətində uğurlu mövsüm keçirən və ölkə çempionluğunu qazanan Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Olimpnews.az xəbər verir ki, futbolçu ilə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu yaxından maraqlanır. Ərəblər 26 yaşlı hücumçu üçün "Napoli" komandasına 65 milyon avro + 5 milyon avro bonus dəyərində rəsmi təklif yollayıb.
Qeyd edək ki, mövsümü icarə əsasında "Qalatasaray"da keçirən nigeriyalı hücumçu ümumilikdə 41 oyunda iştirak edib, 37 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Osimhenə ərəblərdən rəsmi təklif gəldi
