Simone İnzaqinin gedişindən sonra məşqçi axtarışlarını davam etdirən İtaliyanın "İnter" klubu seçimini edib. Milan təmsilçisi komandanın sükanı arxasına Kristian Çivunu gətirmək istəyir. Klub rəhbərliyi 44 yaşlı mütəxəssislə sabah 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "İnter" daha əvvəl ispaniyalı mütəxəssis Fransesk Fabreqası baş məşqçi postuna gətirmək istəsə də "Komo" klubu bu keçidə razılıq verməyib.
"İnter"in yeni baş məşqçisi müəyyənləşdi
