"Atalanta"nın hücumçusu Ademola Lukman karyerasını "Barselona"da davam etdirə bilər.
Olimpnews.az "Catalunya Ràdio"nun verdiyi məlumata istinadla xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik 27 yaşlı nigeriyalını heyətdə görmək istəyir. Bunun üçün son La Liqa çempionu ən azı 60 milyon avro xərcləməlidir. Qeyd edək ki, Lukmanın "Atalanta" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.