Millətlər Liqası: İspaniya finala vəsiqə qazandı 

Millətlər Liqası: İspaniya finala vəsiqə qazandı 

Futbol üzrə UEFA Millətlər Liqasında final mərhələsinin iştirakçıları müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, Portuqaliya millisinin ardından bu gün İspaniya yığması da finala vəsiqə əldə edib. "Qırmızı furya" Ştutqartdakı "MHP Arena"da keçirilən yarımfinal oyununda Fransa yığmasına 5:4 hesabı ilə qalib gələrək bu uğura nail olub. "Məğlubedilməz armada"nın heyətində Niko Uilyams (22), Merino (25), Lamin Yamal (54 p, 67) və Pedri (55) fərqlənib. Fransa yığmasının qollarını isə Mbappe (59 p), Çerki (79), Vivan (84, öz qapısına) və Kilo Muani (90+3) vurub. 
Beləliklə, İspaniya millisi gərgin mübarizə şəraitində keçən oyunda qələbə qazanaraq adını finala yazdırıb. Həlledici oyun iyunun 8-də "Alians Arena"da keçiriləcək. Oyuna  Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Həmin gün saat 17:00-da isə Almaniya və Fransa milliləri üçüncü yer uğrunda mübarizə aparacaq.