“Mançester Yunayted”, “Real”, “Milan”, PSJ və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemə cəngavər rütbəsi təqdim olunacaq. Olimpnews.az İngiltərənin məşhur “The Sun” internet nəşrinə istinadən xəbər verir ki, cəngavər bakalavr tituluna namizəddir. Bununla da o, “ser”, həyat yoldaşı Viktoriya isə “xanım” adlandırılmaq hüququ qazanacaq. Mükafatın təqdimatı iyunun sonu üçün nəzərdə tutulub.