“Mançester Siti” uzun müddətdən sonra ilk dəfədir ki, 2024/25 mövsümünü titulsuz başa vurdu. Olimpnews.az xəbər verir ki, komandanın baş məşqçisi Pep Quardiola bu barədə klubun məbuat xidmətinə maraqlı açıqlamalar verib. “Xoşbəxtliyi qələbələr prizmasından qiymətləndirirsiniz. Sizin üçün uğur yalnız kuboklardır. Futbolçularımı qətiyyən qınamıram. Onlar əllərindən gələni etdilər. Biz ruhdan düşmürük. Bu çıxışımız bizi ayıltdı”, - deyə ispaniyalı mütəxəssis vurğulayıb.
Qeyd edək ki, cari Premyer Liqada "şəhərlilər" 38 matçda 71 xal toplayaraq, üçüncü pillədə qərarlaşıb. Komandanı qarşıda klublararası dünya çempionatı gözləyir.