Növbəti mövsümdə çıxış etmək üçün Bundesliqaya qayıdan Almaniyanın "Köln" klubu komandanın yeni baş məşqçisinin adını açıqlayıb.
Olimpnews.az xəbər verir ki, komanda 43 yaşlı polşalı Lukas Kvasniokla 3 il müddətinə müqavilə imzalayıb. Onun sonuncu iş yeri ikinci bundesliqa təmsilçisi “Paderborn” klubu olub. Lukasla birlikdə komanda mübarizəni dördüncü pillədə başa vurmuşdu.