İspaniyanın “Barselona” klubunun hücumçusu Rafinya La Liqada 2024/2025 mövsümünün ən yaxşı oyunçusu seçilib.
Olimpnews.az xəbər verir ki, braziliyalı futbolçus səsvermədə komanda yoldaşları Lamin Yamal, Pedri və Robert Levandovski ilə yanaşı, Kilian Mbappe, Vinisius Juniyor, Cud Bellingem (“Real Madrid”), İsko (“Real Betis”) və Oyan Sanset ("Atletik") və bu mövsüm ayın ən yaxşı oyunçusu mükafatını qazanan digər oyunçuları qabaqlayıb.
Qeyd edək ki, 88 xalla La Liqanın qalibi olan “Barselona”nın əsas uğurunda pay sahibi olan “sambaçı” mövsüm ərzində 18 qol vurub və 9 qol ötürməsi ilə yadda qalıb.
Rafinya La Liqanın ən yaxşı oyunçusu seçildi
