Boksçularımız beynəlxalq turniri 7 medalla başa vurdular

Boksçularımız beynəlxalq turniri 7 medalla başa vurdular

Olimpizm xəbərləri

09.06.2025, 13:31

Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutublar.

Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurublar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR