"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo klubu tərk edə bilər. AS nəşrinin məlumatına görə, 62 yaşlı portuqaliyalı mütəxəssis Londonda "Fənərbağça"nın prezidenti Ali Koçla görüşüb və tərəflər müqavilənin potensial ləğvini müzakirə ediblər. Mourinyo açıq şəkildə bildirib ki, müqavilənin sonuna qədər məşqçiyə verilməli olan 15 milyon avro ödənildiyi təqdirdə o, İstanbul klubundan ayrılmağa razı olacaq.
Mourinyo getmək istəyir
