Ağır çəkidə UFC çempionu olan amerikalı Con Cons karyerası ərzində döyüşdüyü ən çətin rəqibinin adını çəkib. "Mənim ən yaxşı rəqibim Aleksandr Qustafsson olub. O, məni həqiqətən çətinliyə salıb. UFC-də məni yerə sərən yeganə oğlan odur", - deyə o, UFC Youtube səhifəsinə verdiyi müsahibədə qeyd edib.
Xatırladaq ki, Cons və Qustafsson indiyə qədər qəfəsdə iki dəfə qarşılaşıblar. 2013-cü ilin sentyabrında Qustafsson, 2018-ci ilin dekabrında isə Cons üçüncü raundda nokautla qalib gəlib.