“Barselona” ilə Ter Ştegen arasında gərginlik artır

“Barselona” ilə Ter Ştegen arasında gərginlik artır

İspaniyanın “Barselona” klubu əsas qapıçısı Mark-Andre Ter Şteqeni cari transfer pəncərəsində komandadan göndərmək istəyir. 
Olimpnews.az xəbər verir ki, ötən gün Kataloniya təmsilçisi almaniyalı qapıçının bir illik maaşını qabaqcadan ödəyərək klubdan göndərmək istəsə də, 33 yaşlı futbolçu bu təkliflə razılaşmayıb. Komandada qalmaqda israrlı olan futbolçu növbəti mövsüm əsas heyət üzvü olmaq üçün rəqabət aparmağa hazır olduğuna inanır. Lakin bunun əksində Flik qapıçıya güvənmir və onu planlarına daxil olmadığını bildirib. Bu açıqlamadan sonra isə almaniyalı qapıçı rəhbərlikdən qalan 3 mövsümlük müqaviləsinin bütün ödənişlərini (42 milyon avro) tələb edib. Klub rəhbərliyinin isə hansı addımı atacağına gələcək günlərdə aydınlıq gələcək.