"Milan"ın yarımmüdafiəçi Ticani Reynders "Mançester Siti"yə keçib.
Olimpnews.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 5 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, 26 yaşlı niderlandlı futbolçu ötən mövsüm 54 matçda 15 qol vuraraq, A seriyasının ən yaxşı yarımmüdafiəçisi olub.