Daha iki cüdoçumuz dünya çempionatında mübarizəni medalsız başa vurdu

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəni medalsız başa vurdu

Olimpizm xəbərləri

14.06.2025, 19:58

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının ikinci yarış günü Azərbaycan idmançıları üçün başa çatıb.  Olimpnews.az xəbər verir ki, bu gün mübarizəyə başlayan hər iki idmançımız - Ruslan Paşayev (-66 kq) və Gültac Məmmədəliyeva (-52 kq) çıxışını medalsız yekunlaşdırıb. Mübarizəyə 1/32 finaldan başlayan Ruslan braziliyalı Ronald Limanı, ardınca isə italiyalı Matteo Pirasaya qalib gəlib. Lakin idmançımız 1/8 finalda yaponiyalı Takeşi Takeokaya məğlub olaraq mübarizəni dayandırıb.  Qadın cüdoçumuz Gültac Məmmədəliyeva (-52 kq) isə 1/32 finalda kiprli Sofiya Asvesta uduzub.  Dünya çempionatının fərdi yarışlarına iyunun 19-da yekun vurulacaq. Növbəti günlərdə komandamızın daha 8 (7 kişi, 1 qadın) cüdoçusu qüvvəsini sınayacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR