Futbol üzrə ABŞ-da keçirilən klublararası dünya çempionatında qrup mərhələsinin birinci turunun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün F qrupunda da ilk oyunlara start verilib. Qrupun ilk oyununda Braziliyanın "Fluminense" və Almaniyanın "Borussiya Dortmund” komandaları qarşılaşıb. Tərəflərin cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb. Beləliklə, qolsuz heç-heçədən sonra komandalar hərəyə bir xalla meydandan ayrılıblar.