"Fənərbağça"nın hədəfində "Real Madrid"in futbolçusu var

"Fənərbağça"nın hədəfində "Real Madrid"in futbolçusu var

"Fənərbağça" transfer siyahısına Lukas Vaskesi də daxil edib. 

Olimpnews.az Offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" ispaniyalı futbolçunun şərtləri ilə maraqlanıblar. 

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Lukas Vaskesin "kral klubu" ilə müqaviləsi bu yay başa çatır. O, Klublararası dünya çempionatından sonra Madrid klubunu tərk edəcək.

Vaskes 2015-ci ildən burada çıxış edirdi. O, "Real Madrid"in heyətində ümumilikdə 400 oyuna çıxıb və 5 dəfə Çempionlar Liqasının qalibi olub.