Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün - fərdi yarışların altıncı günündə Olimpiya çempionumuz Zelim Kotsoyev (-100 kq) mübarizəyə başlayacaq. İlk mərhələdən azad olan cüdoçumuz 1/16 finalda Carred Kross (ABŞ) və Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq. Təsnifat görüşləri 13:30-dan etibarən start götürəcək. Final bloku isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırda komandamızın aktivində iki bürünc medal var. Ölkəmizə medalları Zelim Tçkayev (-81 kq) və Elcan Hacıyev (-90 kq) qazandırıb.