Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Olimpnews.az xəbər verir ki, mərasimdə "Qarabağ"ın da rəqibinin adına aydınlıq gəlib. Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində keçiriləcək "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununun qalibi ilə qarşılaşacaq. II təsnifat mərhələsinin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da təşkil olunacaq. Komandamız ilk oyununa səfərdə çıxacaq.