"Məni heçnə çuxura sala bilməz"

"Məni heçnə çuxura sala bilməz"

Meksikalı keçmiş WBC çempionu Rayan Qarsiya sosial şəbəkə hesabında səhhətində ciddi problemlərin olduğunu qeyd edib. "Artıq bir ildir ki, alkoqolizmdən və bipolyar depressiyadan əziyyət çəkirəm. Özümdə güc tapıb, sübüt edəcəyəm ki, məni heçnə çuxura sala bilməz. Tanrı mənimlədir", - deyə Qarsiya bildirib.

Xatırladaq ki, bu ilin mayın 3-də Nyu-Yorkda baş tutan sonuncu döyüşündə Qarsiya WBA orta çəki dərəcəsində titulu uğrunda Rolando Romero ilə üz-üzə gəlmişdi. 12 raund davam edən döyüşün yekununda Romero qələbə qazanmışdı.