Tailand hökuməti ölkədə Formula 1 Qran Prisinin keçirilməsi üçün ölkə büdcəsindən 40 milyard bahtdan çox (təxminən 1,23 milyard dollar) məbləğ ayıracaq.
Olimpnews.az Reuters agentliyinə istinadən xəbər verir ki, Tailanddakı yarışların 2028-ci ildən 2033-cü ilə qədər keçiriləcəyi nəzərdə tutulub. Bildirilir ki, razılıq mart ayında Tailandın baş naziri Patongtarn Şinavatra ilə Formula1-in rəhbəri Stefano Domenikali görüşdə müzakirə edilib. Baş nazir həmin vaxt vurğulamışdı ki, 2028-ci ildən etibarən Banqkok küçələri Qran Prinin keçirilməsi üçün hazır vəziyyətə gətiriləcək.