Səkkizqat Olimpiya çempionu Useyn Bolt Serbiya prezidenti Aleksandr Vuçiç ilə görüşüb.
Olimpnews.az xəbər verir ki, görüş Belqradda Serbiyanın Hökumət Sarayında təşkil edilib. Bildirilir ki, Bolt Serbiya paytaxtında keçiriləcək Expo 2027 beynəlxalq sərgisinin promouterlərindən biri olacaq. "Bu cür tanınmış idmançını Serbiyada görməkdən məmnunam. O, 100 metr məsafəyə qaçış üzrə dünya rekordçusudur. İnanmıram ki, onun idmanda əldə etdiklərini kimsə təkrarlasın ”, - deyə "Sputnik Portal" Vuçiçdən sitat gətirib.
"Məni belə bir tədbirin səfiri seçdiyim üçün Serbiya rəhbərinə və xalqına təşəkkür etmək istəyirəm. Bu mənim üçün böyük şərəfdir. Ölkənizdən olan xeyli dostlarım var. Mən dünyanı gəzmişəm. İnsanlarla ünsiyyətdə olmaqdan məmnunam», - deyə Bolt çıxışında qeyd edib.
Məlumat üçün bildirək ki, 38 yaşlı Useyn Bolt ardıcıl üç olimpiadada (Pekin 2008, London 2012 və Rio 2016) 100 və 200 metr məsafələrə qaçış yarışlarında qalib gələn yeganə idmançıdır. O, həm də Yamayka millisinin heyətində 100 m (9,58 saniyə), 200 m (19,19 saniyə) və 4x100 m estafetdə dünya rekordlarına sahibdir.