"Şəhərlilər" dünya çempionatına qələbə ilə başladılar 

"Şəhərlilər" dünya çempionatına qələbə ilə başladılar 

İngiltərənin "Mançester Siti" klubu ABŞ-da keçirilən Klublararası dünya çempionatına qələbə ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, G qrupunda yer alan "şəhərlilər" ilk matçda Mərakeşin "Vidad Kasablanka" klubuna 2:0 hesabı ilə qalib gəlib. Oyunda hesabı 2-ci dəqiqədə Fil Foden açıb. Qarşılaşmanın 42-ci dəqiqəsində isə Ceremi Doku "şəhərlilər"in hesabdakı üstünlüyünü iki topa çatdırıb. 
Matçın 88-ci dəqiqəsində isə Riko Levis qırmızı vərəqə alaraq "Mançester Siti"ni azlıqda qoyub. 
Beləliklə, matçdan 2:0 hesablı qələbə ilə ayrılan Pep Quardiolanın komandası aktivinə üç xal yazdırıb. 
Qeyd edək ki, qrupun digər oyununda "Əl-Ayn" klubu "Yuventus"la qarşılaşacaq.