Klublararası dünya çempionatı: “Zaltsburq” minimal hesablı qələbə ilə liderliyə yüksəldi

Klublararası dünya çempionatı: “Zaltsburq” minimal hesablı qələbə ilə liderliyə yüksəldi

ABŞ-da təşkil olunan futbol üzrə Klublararası dünya çempionatında daha bir oyun keçirilib.

Olimpnews.az xəbər verir ki, qrup mərhələsinin birinci turu çərçivəsində növbəti oyun Avstriyanın “Zaltsburq” və Meksikanın "Paçuka" komandaları arasında keçirilib. H qrupunun komandalarının oyununda avropalılar minimal hesablı qələbəyə seviniblər -1:2. Matçda hesab 43-cü dəqiqədə açılıb. “Zaltsburq”un futbolçusu Oskar Qlouk fərqlənib. Lakin ikinci hissənin 56-cı dəqiqəsində hesabdakı tarazlıq bərpa olunub. Brayan Qonzales Meksika təmsilçisinin bərabərlik qolunu vurub. Buna baxmayaraq, avstriyalılar qələbə topunu vurmağa müvəffəq olublar. Karim Onisivo 76-cı dəqiqədə fərqlənərək “Zaltsburq”a qələbə qazandırıb. Beləliklə, Avstriya təmsilçisi qələbə sayəsində H qrupunda liderliyə yüksəlib. 
Qrupun digər matçında heç-heçə edən (1:1) İspaniyanın “Real Madrid” və Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandaları bir xalla ikinci, üçüncü yerləri bölüşürlər. Aktivində xalı olmayan "Paçuka" klubu isə sonuncu - dördüncüdür.